e36953e9-2b08-44f0-80bb-0b7bc76fe6ad..jpg

Azadlıqdan məhrum edilən hakim hökmdən narazıdır

Baxış sayı: 664 dəfə baxılıb.

Azadlıqdan məhrum edilən hakim hökmdən narazıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rüşvət müqabilində qanunsuz qərardad çıxarmaqda təqsirli bilinərək məhkum
edilmiş sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb.

“Qafqazinfo” xəbər verir ki, keçmiş hakim bəraət tələbi ilə apellyasiya
şikayəti verib.

Müttəhimin özünün istintaq təcridxanasında yazdığı şikayətə Sumqayıt
Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş
İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1
(bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2
(ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2
(təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham
irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamla
təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Source link