AZAL ən müasir aeronaviqasiya sistemi tətbiq edib

AZAL ən müasir aeronaviqasiya sistemi tətbiq edib

Baxış sayı: 2. 176 dəfə baxılıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırıb.

Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

Hava Hərəkətinin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafiq olaraq “AIM” yeni aeronaviqasiya məlumatının idarəetmə sistemi SWIM – “System Wide Information Management” konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir.

SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat, eləcə də müşahidə, hava gəmilərinin  axınının və hava məkanının buraxılış qabiliyyətinin məlumatı mübadiləsinə kömək edir. Bu cür yanaşma hava hərəkətinin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istifadəçiləri  arasında birbaşa mübadiləni təmin edir. 

“Müasir mülki aviasiya vaxtında təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumatı  olmadan mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində “Azərbaycan Hava Yolları” bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatının ilkin mənbədən son istifadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir.

Bu, öz növbəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatının təmin edilməsində vacib olan məlumatın işlənib hazırlanması prosesini sürətləndirəcək”, – deyə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev qeyd edib. 

“Aeronaviqasiya” bu sahədə son texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə digər hava hərəkəti idarəetmə mərkəzləri ilə əməkdaşlıq etməyə hazırdır.

www.ÇıxışYolu.Com