AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Baxış sayı: 3. 408 dəfə baxılıb.

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti Cahangir Əsgərov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüş keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, görüş zamanı cari ilin oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakı reysləri ilə bağlı məsələlər müzakirə olunub.

Cahangir Əsgərov bildirmişdir ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi – VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Öz növbəsində, səfir bu istiqamətin açılmasına görə AZAL-ın prezidentinə təşəkkür etmişdir və bu reysin təşviqində “Azərbaycan Hava Yolları”na istənilən lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Tərəflər sərnişinlərin bu reysə cəlb olunması və turist axının artırılması üçün birgə səylərin gücləndirilməsi, eyni zamanda hər iki ölkənin turizm rəsmilərinin iştirakı ilə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

www.ÇıxışYolu.Com