AZAL Moskvadan Lənkərana birbaşa reys açır

AZAL Moskvadan Lənkərana birbaşa reys açır

Baxış sayı: 3. 126 dəfə baxılıb.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyun ayının 8-dən etibarən Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirəcək.

Bu barədə ÇıxışYolu.Com-a AZAL-dan məlumat verilib.

Məlumata əsasən reyslər “Airbus A320” təyyarələri ilə, hər həftənin cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da, Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarından və rəsmi agentliklərindən əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) E-mail: callcenter@azal.az

Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də – Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.

www.ÇıxışYolu.Com