AZAL oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi
ləğv edib
İsraildə, o cümlədən “Ben Gurion” Beynəlxalq Hava Limanının ərazisində
qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar “Azərbaycan Hava Yolları”
(AZAL) aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı
marşrutu üzrə reysi ləğv edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin
ən yüksək prioritetidir.
Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və
əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş
tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr
2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri
qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə
verilir.
Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial
şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.
Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected]
“Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.