AZAL Tel-Əvivə reysləri bərpa edəcək
Oktyabrın 10-dan etibarən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
(QSC) Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda,
sərnişinlərə dərhal məlumat veriləcək.
Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti
dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir. Əlavə
məlumat əldə etmək üçün sərnişinlərə[email protected]
“Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.