aa78d721-295a-4c2c-8a3f-5c32625814e4.webp

AZAL Turizm İşçiləri Günü münasibəti ilə beynəlxalq reyslərə 29% endirim təklif edir

Baxış sayı: 295 dəfə baxılıb.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan
Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.

Bu barədə Cixisyolu.com-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən
bildirilib.

Bildirilib ki, “Turist olmağın vaxtıdır!” şüarı altında təşkil edilən
kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29% endirim
əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29”
promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq
olunur, vergi və yığımlara şamil edilmir.

Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il

Uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il

Aviabiletləri rəsmi www.azal.az saytından və
aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini
yükləmək üçün linkə keçid edə bilərsiniz:https://bit.ly/azal-app
.

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Bu təklifdən yararlanın
vəaviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!

Source link