472db30f-5761-450b-a3d1-33b2a03b07fb..jpg

“AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib” – FOTO

Baxış sayı: 832 dəfə baxılıb.

“AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib” – FOTO

“Təkcə xarici aviaşirkətlər hesabına deyil, AZAL da marşrut şəbəkəsini
genişləndirir, gələcəkdə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı
hədəfləmişik”.

AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd
edib ki, 2023-cü ildə bu rəqəmin 62-ə çatdırılması nəzərdə tutulub:

“Əsas kökləndiyimiz uçuş coğrafiyası şərti olaraq Avropa, Asiya və Yaxın Şərq
istiqamətləridir”.

Artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı
Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər
şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və Türkiyə
istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb.

Samir Rzayev bildirib ki, AZAL tərəfindən bu il bir çox istiqamət üzrə
uçuşlara başlanması nəzərdə tutulub:

“Bu ilin mart ayından etibarən Almatı, Astana, Volqoqrad, Surqut, Samara,
Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə
başlanılacaq. May ayından isə milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə
uçuşlar yerinə yetirəcək”.

Regional aeroportların fəaliyyətinə də toxunan Samir Rzayev qeyd edib ki,
hazırda aşağıbüdcəli aviaşirkət olan “WizzAir” ilə regional hava limanlarına
uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır.

Source link