Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri
Ruslan Pənahov Vətənə qaytarılıb.
“Report” xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş
edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın
28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov
Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz
hava şəraitində istiqaməti itirərək azıb.
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi
qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu
bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun
Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.