“Çelsi”nin futbolçusu Eden Azar Bakıda keçirilən Avropa Liqasının final oyununun ən yaxşı futbolçusu seçilib.
ÇıxışYolu.Com xəbər verir ki, belçikalı futbolçu adına UEFA-nın azarkeşlər arasında keçirdiyi sorğuya əsasən nail olub.
“Arsenal”la görüşdə 2 qol vurmuş Eden Azar səsvermədə komanda yoldaşları braziliyalı Emersonu, ispaniyalı Pedronu və fransalı Olivye Jirunu qabaqlayıb.
Xatırladaq ki, Eden Azar Bakı Olimpiya Stadionunda keçirilmiş oyunun da ən yaxşısı seçilib.
Səbuhi MUSAYEV