5a65948c-f4b6-44a8-b8f2-3090cf872d97..jpg

Azarkeşlər “Çelsi”nin baş məşqçisini təhdid edirlər: “Uşaqlarımın ölməsini istəyirlər” – FOTO

Baxış sayı: 1. 017 dəfə baxılıb.

Azarkeşlər “Çelsi”nin baş məşqçisini təhdid edirlər: “Uşaqlarımın ölməsini
istəyirlər” – FOTO

“Çelsi”nin baş məşqçisi Qrem Potter komandanın uğursuz nəticələrindən sonra
azarkeşlərin təzyiqi ilə üzləşib.

İngiltərəli mütəxəssis azarkeşlərdən dəstək mesajları ilə yanaşı, təhdidlər
gəldiyini də söyləyib.

“Bəzi azarkeşlər dəstək olurlar. Amma mənim və uşaqlarımın ölməyini istəyənlər
də var. Burada təzyiq altındayam. Bu, mətbuata da sərf edir. Mövcud vəziyyətdən
gündəm yaradırlar”.

Mütəxəssis keçən ilin sentyabrında “Çelsi”nin baş məşqçisi təyin edilib. Qış
transfer pəncərəsi zamanı yeni oyunçuların alınmasına böyük məbləğlər xərcləyən
“zadəganlar” “qara zolaq”dan çıxa bilmirlər. Komanda Premyer Liqada 23 matçda
31 xal toplayıb və 10-cu sıradadır. Çempionlar Liqasının 1/8 finalında səfərdə
Dortmund “Borussiya”sına uduzan (1:0) “Çelsi” ölkə çempionatının son turunda da
autsayder “Sauthempton”la bacarmayıb – 0:1.

Mənbə: “The Mirror”

Source link