Lissabonun “Sporting” klubunun dörd oyunçusu təlim bazasında azarkeşlər tərəfindən döyüldükləri üçün komanda ilə müqavilələrini ləğv ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Telegraph” məlumat yayıb.
Müqaviləni pozanlar yarımmüdafiəçilər Jelson Martinş, Vilyam Karvalyu, Bruno Fernandeş və hücumçu Bas Dostdur. Bundan əvvəl isə klubun qapıçısı Rui Patrisio və hücumçu Daniel Podense oxşar addım atıb.
Futbolçuların kütləvi şəkildə klubdan ayrılmasına səbəb fanatların aqressiv hərəkətləri olub. Mayın 15-də 50-yə yaxın maskalı şəxs klubun bazasına daxil olaraq, futbolçuları döyüb.
Yerli KİV-lər hücumun təşkilində “Sporting”in prezidenti Bruno de Karvalyunu ittiham ediblər.