b0007258-6960-4ad3-937a-971aa8642e35..jpg

Azarkeşləri irqçilik nümayiş etdirən klublara texniki məğlubiyyət verilə bilər – FOTO

Baxış sayı: 588 dəfə baxılıb.

Azarkeşləri irqçilik nümayiş etdirən klublara texniki məğlubiyyət verilə bilər
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni
İnfantino azarkeşləri irqi zəmində futbolçulara hörmətsizlik edən klublara
texniki məğlubiyyət verilməsini istəyib.

O, bu barədə “Instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, şənbə günü “Udineze” azarkeşləri İtaliya çempionatında keçirilən
oyunda “Milan”ın fransalı qapıçısı Mayk Minyanı təhqir ediblər. Bu əsnada
oyunda fasilə yaranıb, lakin sonda Milan 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Canni İnfantino daha əvvəl FİFA-nın əsas məqsədinin futbolda
irqçilik probleminə birdəfəlik son qoymaq olduğunu bildirib.

Source link