Azercell-in Naxçıvan MR-na səfəri uğurla baş tutdu
Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC-nin “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
Belə ki, bu səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru Azercell on mindən çox insanı bir araya toplamağa müvəffəq olub. Azercell bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri ilə tanış edib.
Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilib, abunəçilərə hədiyyələr paylanıb.
Qeyd edək ki, Azercell-in dəstəklədiyi “İmzanı Tanıt” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdiriblər.
Ölkəmizə 4G xidmətini ilk təqdim edən şirkət olaraq Azercell, abunəçilərinin gözləntilərini qarşılamaq və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirib.
Bunun nəticəsində şirkət, Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılmış, günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir.
Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!