“Azeri Light” nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,51 ABŞ
dolları və ya 3,2% azalaraq, 76,25 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin
aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda
isə maksimum qiymətə – 149,66 dollara satılıb.