68fa6632-e9cc-453f-b43d-ff24ae7937fa..jpg

“Azersky” peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

Baxış sayı: 607 dəfə baxılıb.

“Azersky” peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin
(“Azərkosmos”) istismar etdiyi, missiyasını vaxtından bir il əvvəl başa
çatdırmış “Azersky” – Yerin məsafədən müşahidə peykinə görə sığorta ödənişi bu
ilin sonuna qədər veriləcək.

Bunu “Report”a açıqlamasında “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin
Əsədov bildirib.

“Bu məsələdə 10-dan çox xarici sığorta şirkəti iştirak etdiyi üçün proses uzun
çəkir, amma bu ilin sonuna qədər ödəniş olacaq. Məbləğ kommersiya sirri olduğu
üçün açıqlanmır”, – deyə o qeyd edib.

S.Əsədov onu da bildirib ki, orbitə buraxılması planlaşdırılan “Azersky-2”
peyki əvvəlki peyklə müqayisədə ucuz başa gələcək, həm də daha keyfiyyətli
şəkil çəkəcək. Bununla belə, sədr yeni peykin dəyərinin nə qədər olduğunu
açıqlamayıb.

Source link