“Azıx və Tağlar mağaraları-Azərbaycanın tarixdən əvvəlki yerləri” İrs
Komitəsinin İlkin siyahısında – VİDEO
Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları –
Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs
Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya
(“Tentative List”) daxil edilib.
Bu barədə AZƏRTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasından bildirilib.
Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində
keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində
transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı
nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.