ÇıxışYolu.Com – Əfqanıstanda helikopter qəzası: 25 nəfər öldü

Baxış sayı: 2. 701 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əfqanıstanda helikopter qəzası: 25 nəfər öldü

Əfqanıstanda helikopter qəzası zamanı ölənlərin sayı 25-ə çatıb. 

ÇıxışYolu.Com “Pajvak” agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında Farax əyalət şurasının rəhbəri də var. 

Hadisə yerinə xilasetmə və həkim briqadası göndərilib. 

10:58

Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması zamanı aralarında məmurların da olduğu 20 nəfər ölüb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Tolo Newsсо” yerli ordu nümayəndələrinə istinadən məlumat yayıb. 

Silahlı Qüvvələrin nümayəndəsi Nacibulla Nacibi deyib ki, qəza zamanı sağ qalan yoxdur. 

Məlumatlara görə, helikopter bu gün səhər saatlarında Anar-Dara şəhərində qəzaya uğrayıb. Hadisə zamanı helikopterdə 20 nəfər olub. Onlar arasında hərbi məmurlar və əyalət şurasının üzvlərinin də var idi. 

Hadisənin səbəbləri məlum deyil.

www.ÇıxışYolu.Com