ÇıxışYolu.Com - Əkizlər: Atamıza görə sevmədiyimiz insanla evlənərdik

ÇıxışYolu.Com – Əkizlər: Atamıza görə sevmədiyimiz insanla evlənərdik

Baxış sayı: 3. 544 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əkizlər: Atamıza görə sevmədiyimiz insanla evlənərdik

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Sevinc Sevil Səfərova olub. 

ÇıxışYolu.Com xəbər verir ki, bacılardan Sevil Səfərova övlad kimi atasına olan borclarını ödəyə bilmədiklərini deyib: 

“Təbii ki, hər valideyn istəyər ki, övladının xeyir işini görsün. Mənim atam nə bizim, nə qardaşımın toyunu, nə də nəvə gördü. Onun üçün heyifslənirəm. Biz Seva ilə ailə həyatı qursaydıq atam görərdi. Əvvəllər mənə atam sağ olanda valideyninə görə ailə həyatı qur deyiləndə başa düşmürdüm. Amma bu gün zamanı geri qaytara bilsəydim, sevmədiyim adamla da ailə həyatı qurmağa razı olardım. Təki ailəm mənim xeyir işimi görə bilsin. 


Bu gün atamın gözü arxada qalıb. Mən hər gecə ağlayıram. Çünki ev təmirində atam hər gün deyirdi ki, mən ayın 5-i öz evimə köçəcəm. Ayın 4-ü rəhmətə getdi. Ayın 5-i də biz atamı basdırdıq. O, valideyn kimi öz borcunu yerinə yetirdi, amma biz övlad kimi borcumuzu yerinə yetirə bilmədik. Çünki mənim atam kirayədə rəhmətə getdi”.

.

www.ÇıxışYolu.Com