ÇıxışYolu.Com - Əməkdar artist: Oğluma müğənni qız almaram

ÇıxışYolu.Com – Əməkdar artist: Oğluma müğənni qız almaram

Baxış sayı: 3. 192 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əməkdar artist: Oğluma müğənni qız almaram

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı Əməkdar artist Könül Kərimova olub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, söhbət zamanı verilişin aparıcısı Xuraman Əlizadənin sənətçiyə “Elnarə Abdullayeva “mən oğluma müğənni qız almaram” deyir. Bəs, siz necə düşünürsünüz?”, – sualına Əməkdar artist maraqlı cavab verib:

“Elnarənin o sözünə ilk dəstək olan mənəm. Bəli, mən də almaram. Bir oğlum var. İstəyirəm, gəlinim evimdə olsun, qulluğunu görüm. Bunu çirkinləşdirməyək. Gözəl olsun, ağıllı olsun. Amma müğənni ola da bilər. Bunu faciə kimi qəbul etmirəm, qismətdir.

Əgər müğənni olsa, daha heç nə demərəm. Mən də, bacı da valideyinlərimizin istəyi ilə ailə qurmuşuq. Zorla verməyiblər, amma böyüklərin məsləhəti ilə olub. Oğluma zarafatla deyirəm ki, evdə biri var, bəsdir. Özüm yaxşı gəlin olmuşam. Hərdən mənə deyirlər ki, oğlunu evləndirib ayırarsan. Deyirəm ki, yox, oğlumu ayırmaq istəmirəm. İllərlə oğul böyüdürəm.

Gəlin gəlib mənə bir stəkan çay süzüb qoymayacaq? Mən özüm qayınanalı evə getmişəm. Kənddə evdə 2-3 gəlin idik. Tezdən yuxudan dururduq ki, qayınata duranda oyaq olaq. O, gedəndən sonra başımızı qoyub yatırdıq”.

ÇıxışYolu.Com yeniləndi!