ÇıxışYolu.Com - Əmisinin arvadını yumruqla öldürən şəxs cəzalandırıldı

ÇıxışYolu.Com – Əmisinin arvadını yumruqla öldürən şəxs cəzalandırıldı

Baxış sayı: 2. 804 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əmisinin arvadını yumruqla öldürən şəxs cəzalandırıldı

Bakıda əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Araşdırma zamanı onun qaynı oğlu 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub.

R.Hüseynov saxlanılıb.

İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində öldürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com