Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Ərdoğan Türkiyə Böyük Millət Məclisinin komitə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın günlərdə Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edəcək.
“Moskva səfərindəki proseslərə uyğun olaraq, daha sonra mən Vladimir Putinlə görüş keçirəcəm”, – Ərdoğan bildirib.
Səfərin dəqiq tarixi açıqlanmayıb.