“MMA Fighting” idman portalı 2018-ci ildə qarışıq döyüş növləri üzrə yarışlarda qeydə alınmış ən yaxşı nokautu müəyyən edib.
ÇıxışYolu.Com xəbər verir ki, həmin epizod MMA-nın rəsmi “Twitter” hesabında yayımlanıb.
Belə ki, ən yaxşı nokaut 2018-ci il noyabrın 10-da təşkilatın 25 illiyi ilə əlaqədar təşkil edilən “UFC Fight Night 139” yarışında meksikalı Yair Rodriqes ilə koreyalı Çan Son Con arasındakı döyüşdə qeydə alınıb.
Rodriqes hücuma keçən rəqibinə dirsəyi ilə zərbə endirib. Con zərbədən sonra nokauta düşüb.