ÇıxışYolu.Com – 2018-ci ilin sözü seçildi

Baxış sayı: 2. 176 dəfə baxılıb.

ÇıxışYolu.Com - 2018-ci ilin sözü seçildi

“Ədalət”  sözü “Merriam-Webster” lüğətinin versiyasına görə, 2018-ci ilin sözü elan olunub.

ÇıxışYolu.Com xəbər verir ki, ötən il birinci yerə çıxmış “toksik” sözü 2018-ci ildə ikinci yerdə, “dezinformasiya” sözü isə üçüncü yerdə göstərilib.

“Merriam-Webster”in baş redaktoru Piter Sokolovskinin sözlərinə görə, il ərzində “ədalət” (ing. “Justice”) sözü ən populyar axtarış sorğularının otuzluğunda sabit mövqeyini qoruyub-saxlayıb. 

Bu, ingilisdilli insanların bu mövzuda xəbərlər, xüsusilə Trampın iddia olunan “Rusiya əlaqələri” ilə bağlı xüsusi araşdırma və hakim Brett Kavanonun işi ilə bağlı dolğun məlumat almaq istəyi ilə əlaqəli olub.

“Runet”də isə Puşkin adına Dövlət Rus Dili İnstitutunun prorektoru Mixayil Osadçiyin fikrincə, 2018-ci ilin sözü “şpil” (binanın təpəsində uzun mil) sözü olub.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!