ÇıxışYolu.Com – ABŞ-da güclü qar səkkiz can aldı

Baxış sayı: 3. 032 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ-da güclü qar səkkiz can aldı

İki gündür ABŞ-ın şimal şərq və bir sıra mərkəzi rayonlarına yağan güclü qar səkkiz nəfərin ölümünə səbəb olub.

ÇıxışYolu.Com TASS agentliyinə istinadən xəbər verir ki, yolların buz bağlaması nəticəsində baş vermiş qəzalarda səkkiz insan həyatını itirib.

Missisipidə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər yaralanıb.

Bəzi rayonlarda qarın qalınlığının 20 santimetrə çatdığı qeyd olunur.

Elektrik xətlərinin zədələnməsi səbəbindən Virciniya, Ohayo, Kentukki və İndianada 300 min nəfər işıqsız qalıb.

Hava şəraitinə görə 1,6 min təyyarə reysi təxirə salınıb, səkkiz min reys başqa vaxta təyin edilib.

www.ÇıxışYolu.Com