ÇıxışYolu.Com – ABŞ-da tanınmış repçi öldürüldü

Baxış sayı: 3. 345 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ-da tanınmış repçi öldürüldü

ABŞ-ın Yeni Orlean şəhərində “Young Greatness” ləqəbi ilə tanınan repçi Teodor Cons öldürülüb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Billboard” nəşri polisə istinadən məlumat yayıb. 

Qeyd edilib ki, 34 yaşlı Cons şəhərdəki restoranlardan birinin qarşısında güllələnib, avtomobili isə qaçırılıb, ancaq daha sonra maşın aşkar edilib. 

Polis faktla bağlı araşdırmalara başlayıb. 

“Young Greatness” ləqəbli repçi 2015-ci ildə “Moolah” mahnısı ilə tanınıb. “Rolling Stone” jurnalı Consu “Tanınmalı olan on yeni artist” siyahısına daxil edilib. 

İyunda Pensilvaniyada 21 yaşlı repçi Trevon Smart, oktyabrda isə musiqiçi Frenk Snayder güllələnib.

www.ÇıxışYolu.Com