ÇıxışYolu.Com – ABŞ-dan Suriya ilə bağlı

Baxış sayı: 3. 020 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ-dan Suriya ilə bağlı

ABŞ Suriya ərazisindən bütün hərbçilərinin çıxarılmasını planlaşdırır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri amerikalı məmurlara istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üzrə keçirilən hərbi əməliyyatın başa çatması ilə əlaqədardır.

Nəşr yazır ki, əgər qərar qəbul edilsə, bu, Suriyada azad edilmiş ərazilərə terrorçuların qayıtmağının qarşısını almaq üçün ABŞ hakimiyyətinin bu ölkədə hərbi kontingentin saxlanılmasına dair planına ziddir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdir ki, ABŞ Suriyada hərbi kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

www.ÇıxışYolu.Com