ÇıxışYolu.Com – ABŞ nümayəndəsi sözlərini geri götürdü

Baxış sayı: 2. 601 dəfə baxılıb.

ÇıxışYolu.Com - ABŞ nümayəndəsi sözlərini geri götürdü

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison Rusiyaya preventiv zərbənin endirilməsi haqqında dediklərinə düzəliş edib. 

ÇıxışYolu.Com xəbər verir ki, o özünün “Twitter” səhifəsində yazıb ki, “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan Rusiya raketlərinin məhvi barədə fikir səsləndirərkən Rusiyaya qarşı preventiv zərbəni nəzərdə tutmayıb.

“Düşünürəm ki, Rusiya bu müqaviləyə riayət etməsə, ABŞ və NATO-nu qorumaq üçün analoji silahımız olmalıdır. Hazırkı durum qəbuledilməzdir”, – deyə o vurğulayıb. 

19.00

ABŞ “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan istənilən Rusiya raketini məhv etməyə hazırdır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison deyib. 

O bəyan edib ki, əgər Moskva gizli şəkildə qadağan olunmuş qanadlı raket sistemlərini hazırlasa, Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq. 

Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var. 

Rusiya tərəfi amerikalı nümayəndənin fikirlərinə hələlik reaksiya göstərməyib. 

www.ÇıxışYolu.Com