ABŞ Rusiya və Türkiyənin İdlibdə demilitarizasiya zonasının yaradılmasına dair razılaşmasını o halda dəstəkləyəcək ki, bu, bölgədə humanitar fəlakətin qarşısının alınmasına kömək etsin.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “İslam dövləti” qruplaşması (İŞİD) ilə mübarizə üzrə beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi, amerikalı polkovnik Şon Rayan deyib:
“Bunu müzakirə etmək üçün vaxtımız olmayıb. Lakin deyə bilərəm ki, bu razılaşmalar icra olunsa və humanitar fəlakətdən qaçmağa kömək etsə, onları dəstəkləyirik”.