ABŞ-ın F-15 qırıcıları Suriyada kürd qüvvələrinə zərbələr endirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Suriya Demokratik Qüvvələrinin birləşmələrinə səhvən endirilən aviazərbələr nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qeyd olunur ki, hadisə kürd batalyonlarının İŞİD-in mövqelərinə hücum əməliyyatı zamanı baş verib. Buna səbəb kimi ABŞ qüvvələrinin komandanlığı ilə kürd qüvvələri arasında addımların koordinasiya olunmaması göstərilir.