“TV8” kanalının rəhbəri, aparıcı Acun Ilıcalı ilə xanımı Şeyma Subaşı boşanmağa qərar veriblər.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanmaları üçün bir çox səbəbin olduğu deyilir.
Cütlük bu xəbəri “Kanal D”-də efirə gedən “İkinci Sayfa” verilişinin aparıcılarına mesaj yazaraq təsdiqləyiblər:
”Boşanırıq, xəbərlər doğrudur. Hər kəs üçün xeyirlisi olsun”.
Qeyd edək ki, ötən ilin sentyabrında Fransada evlənən cütlüyün Melisa adlı beş yaşlı qızları var.
Nəzrin Həsənova
www.ÇıxışYolu.Com