ÇıxışYolu.Com - Agentlik sahibkarlara xəbərdarlıq etdi

ÇıxışYolu.Com – Agentlik sahibkarlara xəbərdarlıq etdi

Baxış sayı: 3. 009 dəfə baxılıb.

ÇıxışYolu.Com - Agentlik sahibkarlara xəbərdarlıq etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA ) sahibkarlara müraciət edib.

AQTA-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılmasından xeyli vaxt keçməsinə baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunan vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

Qeyd olunub ki, “Yeyinti məhsulları haqqında” qanuna əsasən (maddə 7), Azərbaycanda qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. 

Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.

Bildirilir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ciddi tədbirlər həyata keçiriləcək.

www.ÇıxışYolu.Com