ÇıxışYolu.Com - Ağsuda şəhid əsgərin ev muzeyi açıldı

ÇıxışYolu.Com – Ağsuda şəhid əsgərin ev muzeyi açıldı

Baxış sayı: 3. 271 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ağsuda şəhid əsgərin ev muzeyi açıldı

2014-cı ilin avqust ayında şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fətəlizadə Rüfət Nazim oğlunun Ağsunun Padar kəndində ev muzeyinin açılış mərasimi keçirilib.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, ilk olaraq şəhidin məzarı ziyarət olunub.

Rayonun Padar kəndində davam edən mərasimdə rayon icra hakimiyyətinin rəhbər işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin I müavini, şəhidin valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Ev muzeyinin ideya müəllifi olan şəhidin anası Gülər Fətəlizadə bildirib ki, ev muzeyinin yaradılması ilə bağlı 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Nazirlik razılıb verib və işlərə başlanılıb. 

Muzey ailənin dəstəyi, ictimai əsaslarla hazırlanıb. Muzeydə R. Fətəlizadənin həyat yolunu əks etdirən fotolardan ibarət stend və portreti, şəxsi əşyaları yer alıb. 

Muzeyin yaradılmasına köməklik göstərən Rəfiqə Rafiqqızı hazırda burada 300-dən çox eksponatın olduğunu, hər birinin müxtəlif yerlərdən toplandığını vurğulayıb. Onların böyük hissəsi şəhidin ailəsi tərəfindən təqdim olunub. 

Şəhidin atası Nazim Fətəlizadə isə Rüfətin qəhrəmanlığından, vətənə sevgisindən danışıb. 

Çıxışlardan sonra mərasim iştirakçıları şəhidin ev muzeyi ilə tanış olublar.

R.A.
www.ÇıxışYolu.Com