ÇıxışYolu.Com – Almaniyada futbol fanatları ilə polis arasında toqquşma

Baxış sayı: 2. 701 dəfə baxılıb.

ÇıxışYolu.Com - Almaniyada futbol fanatları ilə polis arasında toqquşma

Dortmundda keçirilən futbol oyunu zamanı baş verən iğtişaşlar nəticəsində 40 nəfər yaralanıb.

ÇıxışYolu.Com xəbər verir ki, qarşıdurma Bundesliqanın 9-cu turu çərçivəsində yerli “Borussiya” ilə Berlin “Herta”sı arasında baş tutan görüşün gedişatında meydana gəlib. Oyun isə 2:2 hesabı ilə sona çatıb.

Asayiş keşikçiləri ilə toqquşmaları qonaq komandanın azarkeşləri yaradıb. Yaralılar arasında 5 polis əməkdaşı da var.

www.ÇıxışYolu.Com