ÇıxışYolu.Com – Almanlar azərbaycanlı hakimdən narazı qaldı

Baxış sayı: 2. 349 dəfə baxılıb.

ÇıxışYolu.Com - Almanlar azərbaycanlı hakimdən narazı qaldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin A qrupunda keçirilən “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) qarşılaşmasını idarə edib.

ÇıxışYolu.Com xəbər verir ki, meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Ağayev bu matçda dörd sarı vərəqə göstərib. O, meydan sahiblərindən qambiyalı Pa Modu Yanye, ispan əsilli Roberto Rodriqesi və qonaqlardan yamaykalı Leon Beyli ilə Lars Benderi cəzalandırıb.

Lakin almanlar bu görüşdə Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb. Belə ki, 86-cı dəqiqədə sağ cinah oyunçusu Mitçel Vayzerin cərimə meydançası daxilində yerə yıxılması penalti kimi dəyərləndirilməyib.

Üstəlik, Ağayev 93-cü dəqiqədə Sven Benderin künc zərbəsindən başla vurduğu qolu qeydə almayıb. O, bunu Svenin əkiz qardaşı, “Bayer”in kapitanı Larsın rəqib oyunçuya qarşı kobudluğu ilə əlaqələndirib. Əliyar məhz buna görə Lars Benderə sarı vərəqə göstərib.

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevin briqadasında Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov, Rəhim HəsənovMübariz Haşımov yer alıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com