ÇıxışYolu.Com – Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var

Baxış sayı: 2. 875 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var

Ankara-Konya istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. 

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, qəza zamanı üçü maşinist olmaqla, doqquz nəfər ölüb, 47 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

11:34

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. 

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Qəza zamanı 46 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. 

09:38

Ankara valisi Vasif Şahin Ankara-Konya sürət qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib. 

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, qəzanın bu gün yerli vaxtla 06:30-da baş verdiyini deyib. 

Valinin sözlərinə görə, hadisə zamanı dörd nəfər ölüb, 43 nəfər yaralanıb.

V.Şahin qəzanın səbəbini də açıqlayıb. O bildirib ki, sürət qatarı yolda nəzarət işləri aparan bələdçi qatarla toqquşduqdan sonra yerüstü keçidə çırpılıb.

09:20

Ankara-Konya istiqamətində hərəkətdə olan sürət qatarı qəzaya uğrayıb. 

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib. 

Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

Samir İsayev
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!