Rejissor Aqil M.Quliyev çəkdiyi “Şaman” filmini mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ölkə.az-a açıqlamasında rejissor bildirib:
“Amaliya xanımla sonuncu dəfə ötən il görüşüb film barədə danışmışdıq. Vəfat etməsi xəbərini sizdən eşidirəm. Çox pis xəbər oldu. “Şaman” filmində daha bir Xalq artisti Yuri Baliyev də çəkilirdi və o da vəfat etdi. Allah hər ikisinə rəhmət eləsin!”
Qeyd edək ki, A.Pənahovanın çəkildiyi sonuncu film olan “Şaman” qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmin təqdimatı bu ilin əvvəlində keçiriləcəkdi.