Məlum olduğu kimi, dünən İngiltərənin “Arsenal” klubunun futbolçuları saat 18:30-da Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu an stadionda peyda olan pişik London klubunun futbolçularının diqqətini çəkib.
Belə ki, “Arsenal”ın almaniyalı futbolçuları – türk əsilli Məsut Özil və boşnak əsilli Sead Kolaşinats həmin pişiklə oynamağa başlayıb. Həmin fotoları təqdim edirik:
Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com