“Arsenal”ın sabiq forvardı Niklas Bendtner 2018-ci ilin sentyabr ayında taksi sürücüsünə hücum etdiyinə görə “ev dustaqlığı”na məhkum edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə futbolçu özünün “Instagram” səhifəsində yazıb.
Otuz yaşlı forvard ayağına bərkidilmiş elektron qolbağının fotosunu paylaşıb. Bendtner məhkəmənin qərarı ilə razı olmadığını desə də, apellyasiya şikayəti verməyəcəyini bildirib.
Məhkəmənin qərarına əsasən, danimarkalı futbolçu 50 gün “ev dustağı” olacaq.
Qeyd edək ki, hazırda Bendtner Norveçin “Rusenborq” klubunda çıxış edir.