UEFA Avropa Liqasının “Spartak” – “Rapid” oyununda gözlənilməz hadisə baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, oyun zamanı fanatlardan biri meydana tərəf qaçıb və “Spartak”ın kapitanı Denis Qluşakova hücuma cəhd edib.
İnsident oyunun ikinci hissəsində olub. “Spartak”ın futbolçuları qəzəbli azarkeşi sakitləşdirə biliblər.
Qeyd edək ki, oyun meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.