ÇıxışYolu.Com - Aydan Axundzadə “Maşın Şou”nu tərk etdi

ÇıxışYolu.Com – Aydan Axundzadə “Maşın Şou”nu tərk etdi

Baxış sayı: 3. 724 dəfə baxılıb.

“Maşın şou. Hind kinosu”nda qadın iştirakçılarının uğursuzluq zolağı davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün iştirakçılar şoudan çıxmağa namizəd qismində aktrisa Aydan Axundzadəni görmək istədilər.

Tribunaya çıxan Aydan qapalı oyun aparmaq və rəqibinin adı açıqlamamaq qərarına gəldi. Lakin tamaşaçılar onu xilas etmədilər. 58.52 faiz səs Aydanı oyunu davam etdirmək imkanından məhrum etdi.

Sonda Aydan öz rəqibi kimi Nazilə Səfərlinin adını çəkdi.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Musa Vladimir 
www.ÇıxışYolu.Com