ÇıxışYolu.Com - Aydan Axundzadə: Tribunaya çıxmağa hazır deyildim

ÇıxışYolu.Com – Aydan Axundzadə: Tribunaya çıxmağa hazır deyildim

Baxış sayı: 3. 604 dəfə baxılıb.

ÇıxışYolu.Com - Aydan Axundzadə: Tribunaya çıxmağa hazır deyildim

“Maşın şou. Hind kinosu”nun bugünkü buraxılışında qadın iştirakçıların sıraları daha da seyrəlib.

ÇıxışYolu.Com xəbər verir ki, aktrisa Aydan Axundzadə layihəni tərk edib.

Gizli səsvermədə üç iştirakçı aktrisaya səs verib. Öz növbəsində A.Axundzadə kimə qarşı oynayacağını sonadək açıqlamayıb. Bu isə həmişə riskli olur.

Əgər bu fənd dünən Xose Bernardonun işinə yaradısa, yenidən alınacağına təminat yox idi. Bu gecə səs-küylü idi, lakin göz yaşları olmadı.

Xəyalə Quliyeva ilə Nazilə Səfərli arasında münaqişə yetişməkdə idi. Bunun nə ilə nəticələnəcəyini indidən demək çətin olsa da, bir-biri ilə mübarizə aparan qruplaşmaların münaqişəsi olduğunu istisna etmək olmaz. Ya da bəlkə, komanda üzrə tərəfdaşların incə oyunudur.

İştirakçılar A.Axundzadəyə dəstək verməyə çalışıblar. Taleh Yüzbəyov jestlərlə pərəstişkarlarını aktrisaya səs verməyə çağırıb. Lakin aydın idi ki, Aydan lazımi səs yığa bilməyəcək.

Və budur, SMS səsvermənin nəticələri elan olunur. Aydanın layihədə qalmasının əleyhinə tamaşaçıların 58,25 faizi səs verib.

“Şoudan çıxmağa namizəd olmağım mənim üçün gözlənilməz oldu. Mən tribunaya çıxmağa hazır deyildim. Lakin əvvəlcədən dediyim kimi, əgər hər şey planım üzrə getməsə, rəqibimin adını açıqlamayacağam. Belə də etdim”, – deyə A.Axundzadə bildirib.

Aktrisa Nazilə Səfərlinin adını niyə açıqladığını da söyləyib:

“Çünki hesab edirəm ki, o, güclü rəqibdir və mənimlə ciddi rəqabət apara bilərdi”.

Aydan maşının Ramil Nabrana qismət olmasını istədiyini də dilə gətirib.

Nazilə Səfərli isə öz emosional durumundan şikayət edib. O bildirib ki, bu cür davam etsə, özü əlini avtomobildən çəkəcək.

“Mənə çətindir”, – deyə o vurğulayıb.

Saat 22:00-da ATV kanalında yayımlanacaq “Maşın Şou. Hind kinosu”nu qaçırmayın. 

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov

FOTO: Musa Vladimir 

www.ÇıxışYolu.Com