Əməkdar artist Aygün Bəylər Şou ATV” verilişinə qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, ifaçı proqram zamanı ağ saçları ilə diqqət çəkib.
“Sənətçinin əsl işi sənətlə məşğul olmaqdır. Arzuolunan qədər danışmamaq yaxşıdır. Bu sənətdə saç ağartdıq. Saç ağarmağı normal haldır. Biz xalqımız üçün yarandıq.
Başa düşürəm, gözəllik dünyanı xilas edir. Görüntülü gözəllik sənət adamlarına məxsusdur. Səsi olmasa da, söhbətindən, insanlığından zövq almaq mənim üçün gözəllikdir. Saç, görünüş gözəllik deyil. Qaraltdım, qızartdım, indi də ağardı saçlarım. 40-dan sonra dəyişməyəcəm”, – deyə müğənni fikirlərini ifadə edib.
Həmin görüntüləri təqdim edirik: