Ayın əks tərəfinin öyrənilməsi məqsədilə Çinin “Çanye-4” süni peyki Aya uğurlu eniş edib. Bu, Ayın əks tərəfinə yumşaq və uğurlu eniş etmiş ilk süni peyk kimi tarixə düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Çin Mərkəzi telekanalı məlumat yayıb.
Süni peyk artıq Yerə Aydan çəkdiyi ilk şəkilləri də göndərib.
Qeyd edək ki, “Çanye-4” stasionar ay stansiyası və roverdən ibarət olan eniş aparatıdır.
Dekabrın 7-də Çinin cənub-qərbində yerləşən Siçan kosmodromundan uğurlu şəkildə havaya buraxılmışdı.