ÇıxışYolu.Com – Azərbaycan bəstəçisi Dünya Kubokunun qalibi oldu

Baxış sayı: 3. 830 dəfə baxılıb.

Azərbaycanlı şahmat bəstəçisi Kənan Vəlixanov VI Dünya Kubokunda qızıl medal qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, ilk dəfə olaraq FIDE-nin verdiyi sertifikatda “Dedicated to Sunny Azerbaijan” (Günəşli Azərbaycana həsr edilir) cümləsi yazılıb. Bu isə o deməkdir ki, həmin bəstədə oyun zamanı fiqurlar günəş şualarını əks etdirərək uzun gedişlərlə şahın ətrafında toplaşıb.

Qeyd edək ki, bu, Kənan Vəlixanovun Dünya Kubokunda üçüncü qızıl medalıdır. O əvvəl 2013 və 2017-ci illərdə də çempion ola bilmişdi.

ÇıxışYolu.Com - Azərbaycan bəstəçisi Dünya Kubokunun qalibi oldu  

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com