ÇıxışYolu.Com – Azərbaycan Çinə uduzdu, Ukrayna ilə heç-heçə etdi

Baxış sayı: 3. 070 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan Çinə uduzdu, Ukrayna ilə heç-heçə etdi

Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət yığması Çin kollektivinə uduzub.

ÇıxışYolu.Com xəbər verir ki, hesab 1,5:2,5 olub. 

Şəhriyar Məmmədyarov (ağ) – Liren Dinq 0,5 : 0,5

Teymur Rəcəbov (qara) – Yanqyi Yu 0,5 : 0,5

Arkadi Naydiç (ağ) – Yi Vey 0,5 : 0,5

Eltac Səfərli (qara) – Şianqji Bu 0 : 1

Qadınlardan ibarət millimiz isə Ukrayna yığması ilə heç-heçə edib – 2:2.

Günay Məmmədzadə (ağ) – Anna Muzıçuk 0 : 1

Xanım Balacayeva (qara) – Mariya Muzıçuk 0,5 : 0,5

Gülnar Məmmədova (ağ) – Anna Uşenina 1 : 0

Ülviyyə Fətəliyeva (qara) – Yuliya Osmak 0,5 : 0,5

10.48

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur keçiriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, dünən ABŞ üzərində ilk məğlubiyyətini almaqla, liderliyini itirən kişi millimiz bu gün dünya reytinqində III sırada olan Çinlə qarşılaşacaq.

Dünya reytinqində IV sırada olan millimiz və Çin hazırda Olimpiadanın turnir cədvəlində 13 xala malikdir. Lakin əlavə göstəricilərə görə millimiz III, Çin isə VI yerdədir. Komandamız liderlər qrupundan qopmamaq üçün bu görüşdə qələbə qazanmalıdır. 

Şəhriyar Məmmədyarov (ağ) – Liren Dinq

Teymur Rəcəbov (qara) – Yanqyi Yu

Arkadi Naydiç (ağ) – Yi Vey

Eltac Səfərli (qara) – Şianqji Bu

Qadın millimiz də bu tur ciddi sınağa çıxacaq. 13 xalla V sırada olan yığmamız dünya reytinqində və hazırkı Olimpiadanın turnir cədvəlində II pillədə olan Ukrayna ilə qarşılaşacaq.

Günay Məmmədzadə (ağ) – Anna Muzıçuk

Xanım Balacayeva (qara) – Mariya Muzıçuk

Gülnar Məmmədova (ağ) – Anna Uşenina

Ülviyyə Fətəliyeva (qara) – Yuliya Osmak

Qeyd edək ki, Şahmat Olimpiadası 11 turdan ibarətdir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com