ÇıxışYolu.Com – Azərbaycan millisi Avropa çempionatının finalına çıxdı

Baxış sayı: 2. 768 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan millisi Avropa çempionatının finalına çıxdı

Polo üzrə Azərbaycan milli komandası İtaliyanın Siena şəhərində keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, milli komandamız qrup mərhələsinin son oyununda hazırkı çempion İrlandiya seçməsinə qalib gəlib.

Həlledici qarşılaşmada millimizin rəqibi meydan sahibi İtaliya seçməsi olacaq. Avropa çempionatının final oyunu sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının ilk turunda Niderlandı 7:3, II turda Fransanı 8:4 və III turda Slovakiyanı 11:7 hesabı ilə məğlub edib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com