ÇıxışYolu.Com – Azərbaycan millisini bir azarkeş qarşıladı

Baxış sayı: 2. 109 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan millisini bir azarkeş qarşıladı

Futbol millimiz UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirmək üçün Kosovonun paytaxtı Priştinaya səfər edib.

ÇıxışYolu.Com xəbər verir ki, artıq millimiz Azərbaycanın hələ də müstəqilliyini tanımadığı bu ölkədədir. 

Komandamızı həmişə milli və klublarımızın beynəlxalq oyunlarında görməyə adət etdiyimiz Şamil Mustafayev adlı azarkeş qarşılayıb. O, millimiz üçün mahnı səsləndirib, onları qələbəyə kökləyib.

Qeyd edək ki, millimiz sabah Bakı vaxtı ilə saat 23:45-də Kosovo komandası ilə qrup lideri olmaq üçün həlledici görüşə çıxacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com