ÇıxışYolu.Com - Azərbaycanda cütlüklər abortu “qoruyucu vasitə” hesab edir

ÇıxışYolu.Com – Azərbaycanda cütlüklər abortu “qoruyucu vasitə” hesab edir

Baxış sayı: 3. 666 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanda cütlüklər abortu “qoruyucu vasitə” hesab edir

Azərbaycanda qadınların abort etdirməsi ilə bağlı sorğu keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.

Sorğu zamanı qadınların 64,3 faizi ən azı bir dəfə abort etməsi müəyyən edilib. Qadınların hamısı abort zamanı 18 və ya daha çox yaşda olduğunu qeyd olunub. Abort etmiş qadınların çoxu (90,1 faizi) onların kişi partnyorlarının qərar qəbuletmə prosesində iştirak etdiyini bildirib. 

Kişi partnyorların təxminən yarısı sonuncu dəfə aborta getmiş arvadlarını/partnyorlarını müşayiət etdiklərini qeyd etsə də, qadın respondentlərin 38,3 faizi sonuncu dəfə aborta getdikləri zaman ərləri/partnyorları tərəfindən müşayiət edildiyini diqqətə çatdırıblar.


Bu kişilərin qoruyucu vasitələrdən istifadə və ailə planlaşdırılması məsələlərində iştirakının vacib başlanğıc nöqtəsi hesab edilə bilər. Kişilərin 77,8 və qadınların 78,9 faizi abort etməklə bağlı birgə qərarın qəbul edildiyini bildirsə də, bu cür qərarın əsasən qadınlara məxsus olduğunu kişilərlə müqayisədə daha çox qadın tərəfindən qeyd edilib.

Daha az qadın bu cür qərarların əsasən kişilər tərəfindən verildiyini bildirib (bunu 6,7 faizi kişi ilə müqayisədə yalnız 1,6 faizi qadın qeyd edib).

Narahatedici məqam ondan ibarətdir ki, ər-arvad cütlüklərinin bəziləri abortdan “qoruyucu vasitə” kimi istifadə etdiyini qeyd edib. Yəni onlar hamiləlikdən qorunmağa üstünlük vermirlər, qadın hamilə qaldıqdan sonra bu “maneə”ni abort vasitəsilə aradan qaldırırlar. Bu, cəmiyyət üçün narahatedici faktdır.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com