ÇıxışYolu.Com – Azərbaycanda faciə: futbolçu qəzada öldü

Baxış sayı: 3. 133 dəfə baxılıb.

“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

“Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.


Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib.

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu Rasim Bayramovu vurub.

Nəticədə, onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

www.ÇıxışYolu.Com